Yəmən Xarici İşlər naziri ölkəsində baş verənlərə görə İranı ittiham edibbackend

Yəmən Xarici İşlər naziri ölkəsində baş verənlərə görə İranı ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yəməndə İranın dəstəklədiyi husilər hücumlara ara vermir, ölkəmizdə özlərinə uyğun rejim yaratmaq istəyirlər”.

İnterpress.az məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Yəmən Xarici İşlər naziri Məhəmməd Al-Hadhrami bildirib.

O qeyd edib ki, husilər ölkə infrastrukturuna böyük ziyan vurub, xalqı acınacaqlı duruma salıblar: “Hər gün günahsız qadın və uşaqlar öldürülür, ağır humanitar vəziyyət yaranıb. Yəmən hökuməti BMT-nin xüsusi nümayəndəsi, müxtəlif dövlətlərlə əməkdaşlıq edir. Biz Yəməndə çoxdan arzu edilən sülhün bərqərar olmasını istəyirik. Bu mövzuda ölkəmizdə Milli konfrans keçirilib. BMT Təhlükəsizlik Şurasının qətnaməsində də bu istək əksini tapıb. Ancaq indiyə qədər vəziyyət arzu edilən istiqamətdə dəyişməyib. Stokholmda keçirilən görüşdə imzalanan razılaşmaya da husilər əhəmiyyət verməyərək hücumları davam etdirirlər. Hətta Stokholm razılaşmasını da öz istədikləri kimi şərh edirlər. Husilərin başındakı cinayətkar Stokholm razılaşmasına qoşulmadıqlarını da bəyan edib”.

Yəmən Xarici İşlər naziri Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumun pislənilməsini də təklif edib: “Öhdəliklərin husilər tərəfindən pozulması da pislənilməlidir. Səudiyyə Ərəbistanın bizim ölkəyə, silahlı qüvvələrə yardımını yüksək dəyərləndiririk. Bu bizim hökumətimizə edilən böyük yardımdır\”.

Nazir ölkəsində baş verənlərə görə İranı ittiham edib.