Qılıncoynadanımız Gürcüstanda qızıl medal qazanıbbackend

Qılıncoynadanımız Gürcüstanda qızıl medal qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sablya üzrə milli komandamızın lideri Anna Başta Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Satellite” seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.

İnterpress.az xəbər verir ki, qrup mərhələsini beş qələbə ilə başa vuran Anna Tunis, Özbəkistan və Türkiyə təmsilçilərini məğlub edərək finala vəsiqə qazanıb.

O, finalda meydan sahibi gürcü Teodora Kaxianini (Gürcüstan) 15:12 hesabı ilə üstələyib.

Qeyd edək ki, digər sablyaçılamızdan Səbinə Kərimova, Sevil Bünyatova, Valeriya Bolşakova, Aysel Əhədova və Cavanşir Ağakişiyev medalsız qalıb.