Əl-Bağdadini o ələ verib – TƏFƏRRÜATbackend

Əl-Bağdadini o ələ verib – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin öldürülməsinin yeni təfərrüatı məlum olub.

Bununla bağlı “Reuters” məlumat yayıb.

Məlumatlara əsasən, Bağdadinin onun köməkçilərindən biri ələ verib.

İsmael əl-Etavi 2008-ci ildə amerikalılar tərəfindən  tutulub və dörd il həbsxanada yatıb.

Əl-Bağdadinin dəqiq yerinin məlum edilməsi ABŞ, Türkiyə və İraq kəşfiyyatçılarının birgə əməliyyatı zamanı üzə çıxıb. Onlar bir neçə terrorçunu saxlayaraq, Suriyada əl-Bağdadinin yerini müəyyən ediblər.

Daha sonra məlum olub ki, İŞİD rəhbəri İdlibin rayonlarından birində ailəsi ilə birlikdə gizlənir. İdlibdəki bazarlardan birində İraq xüsusi xidmət orqanları İsmael əl-Etavini izləyiblər.

Əl-Etavi dronlar və peyk vasitəsilə izlənib və Türkiyə kəşfiyyatçıları tərəfindən tutularaq İraq tərəfinə verilib. Bundan sonra o, İŞİD rəhbərinin yerini açıqlayıb.

Əl-Bağdadinin öldürülməsini dünən ABŞ Prezidenti Donald Tramp təsdiqləyib.

Rusiya Müdafiə Nazirliyi isə ABŞ tərəfinin İŞİD rəhbərinin öldürülməsi ilə bağlı sübutunun olmadığını açıqlayıb.

ABŞ tərəfi aparılan əməliyyat zamanı əl-Bağdadinin özünü iki arvadı və üç uşağı ilə birlikdə partlatdığını bildirib. Yayılan informasiyalardan birində əl-Bağdadinin qalıqlarının dənizə atıldığı qeyd edilib.

Xatırladaq ki, ABŞ tərəfi bundan əvvəl də Usama Bin Ladenin qalıqlarını dənizə atmışdı.