Şahmat millilərimiz Xorvatiya və İtaliyaya qarşı: Şəhriyar Məmmədyarov oynamayacaqbackend

Şahmat millilərimiz Xorvatiya və İtaliyaya qarşı: Şəhriyar Məmmədyarov oynamayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat milli komandaları üzrə Avropa çempionatında bu gün V tura start veriləcək.

İnterpress.az xəbər verir ki, altı xalla V sırada olan kişi millimiz bu gün turnirin reytinqinə görə XV komandası olan Xorvatiya ilə qarşılaşacaq.

Birinci lövhədə yarışan komandamızın lideri Şəhriyar Məmmədyarov ardıcıl dörd turdur ki, qələbə qazana bilmir və heç-heçələri sıralayır. Ona bu tur istirahət veriləcək. Belə ki, birinci lövhədə bu dəfə Arkadi Naydiç çıxış edəcək. Ehtiyat oyunçumuz Eltac Səfərli isə dördüncü lövhədə mübarizə aparacaq.

Altı xalla VII sırada olan qadın millimiz isə bu gün turnirə gücünə görə XI komanda kimi qatılmış İtaliya ilə görüşəcək.

Qeyd edək ki, kişi millimiz əvvəlki turlarda Serbiya, Fransa və Çexiyaya qalib gəlib və Ukraynaya uduzub. Qadın yığmamız isə Latviya, Avstriya, Rumıniya komandalarını məğlub edib, yalnız İspaniyaya yenilib.