Moskvada Azərbaycan şairi Imadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdirbackend

Moskvada Azərbaycan şairi Imadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə Moskva şəhərinin ümumtəhsil orta məktəblərin birində klassik Azərbaycan şairi Imadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

Gecə Moskvada fəaliyyət göstərən ictimai \”Qadınlar birliyi\”nin təşkilatçılığı ilə baş tutmuşdur. Tədbiri giriş sözü ilə məktəbin müəllimi, Moskvada yaşayan yüzlərlə azərbaycanlı gəncin orta və ali təhsil almasında misilsiz əməyi olan tanınmış pedaqoq, \”Qadınlar birliyi\”nin rəhbəri Validə Məmmədova açmışdır. Ədəbi-bədii gecəni pedaqoq, kinoaktrisa Lyubov Pavliçenko aparmışdır.

Məktəblilərin və birliyin üzvlərinin ifasında Nəsiminin qəzəlləri səslənmiş, musiqili kompozisiya təqdim edilmişdir. Azərbaycan Respublikasının Əməkdar artisti tarzən Qorxmaz Axundovun rəhbərlik etdiyi trionun müşaiyəti ilə xanəndə Zahir Balaşov Nəsiminin qəzəllərini ifa etmişdir.

Gecədə Başqırdıstan respublikasının Rusiyada fəaliyyət göstərən \”Süsən\” mədəni birliyinin nümayəndəsi Fanıya Şakurova Nəsiminin dünya ədəbiyyatında rolundan danışmışdır. Fanıya Şakurova vurğulamışdır ki, bu il Başqırdıstan respublikasında Azərbaycan şairi Hüseyn Cavidin \”İblis\” əsəri tamaşaya qoyulmuşdur. Tədbirdə, həmçinin, Moskva vilayəti üzrə Azərbaycan Millli Mədəni Muxtariyyətinin nümayəndələri Həşim Əliyev, Qalib Ağayev, şair-filosof Sultan Mərzili çıxış etmiş, İmadəddin Nəsiminin Hələb şəhərindəki məzarının darmadağın edilməsindən təsirləndiklərini söyləmişlər. Moskva şəhəri Qərb İnzibati Dairəsi üzrə Oçakovo-Matveyeevsk rayonu Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Əli Kazımov başda olmaqla nümayəndə heyəti öz təşəkkürlərini bidirmişlər.

Sonda Validə Məmmədova tədbirdə iştirak edənlərə təşəkkür etmiş, tədbirin keçirilməsində əməyi olan şagird və valideyn kollektivinə, \”Qadınlar Birliyi\”nin üzvlərinə öz minnətdarlığını bildirmişdir.

“Qadınlar birliyi”nin üzvü, Pedaqogika üzrə fəlsəfə doktoru Mehriban Abdullayeva.