Suriyadan İraqa təxliyə edilmiş 500-ə yaxın ABŞ hərbçisi Suriyanın şimal-şərq bölgəsindəki hərbi bazaya qayıdıb.
İnterpress.az-ın xəbərinə görə, bu barədə \”Aşarq əl-Avsat\” qəzeti məlumat yayıb.
Bildirilib ki, ABŞ ordusunun 500-ə yaxın hərbçisi, habelə hərbi texnika İraqdan Suriyanın şimal-şərqində yerləşən hərbi bazaya gəlib.
Bir neçə gün öncə \”Al Vatan\” qəzeti ABŞ ordusuna məxsus hərbi yük maşınından ibarət karvanın İraq-Suriya sərhəddindəki əl-Valid keçid məntəqəsindən keçərək Suriyanın Haseke əyalətinə daxil olduğunu yazıb.