Bakıda kişi intihar məqsədi ilə şurup uddubackend

Bakıda kişi intihar məqsədi ilə şurup uddu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda kişi qeyri-adi intihar üsulu seçib. Paytaxt sakini, Şamil Əzizbəyov küçəsində yaşayan 1985-ci il təvəllüdlü Q.Nuriyev şurup udub.

Bu barədə Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Kişi 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb, orada həkimlər ona lazımi kömək göstərərək şurupu çıxarıblar.

Hazırda onun həyati üçün təhlükə yoxdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının “şurupu niyə uddun?” sualına Q.Nuriyev bu yolla intihar etmək istədiyini deyib.