ABŞ İrana qarşı sanksiyalarını genişləndirmək niyyətindədirbackend

ABŞ İrana qarşı sanksiyalarını genişləndirmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti İrana nüvə proqramı ilə bağlı iqtisadi təzyiqlərini daha da artıracaq.

İnterpress.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin İrana qarşı təzyiqləri artırmaqla bağlı danışıqlar aparmaq üçün baş nazir Benyamin Netanyahunun dəvətilə İsrailə səfəri zamanı jurnalistlərə bildirib.

“Biz sanksiyalar kampaniyasını maksimum gücləndirmək üçün səy göstərmişik. Onlar işləyib, işləyir, onlar pulun yolunu bağlayır… Biz bunu artırmağa davam edəcəyik, daha çox… Mən indicə sizin komanda ilə çox səmərəli işgüzar nahardan gəlirəm. Onlar bizə faydalanacağımız bir yığın özünəməxsus fikirlər veriblər”, – Ağ Ev rəsmisi qeyd edib.