Vəkil olmaq istəyən 245 nəfər sınağa çəkilirbackend

Vəkil olmaq istəyən 245 nəfər sınağa çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 31-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Vəkillərin İxtisas Komissiyasının məlumatında bildirilib.

Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində təşkil olunacaq imtahan elektronlaşdırılmış qaydada həyata keçiriləcək.

İmtahanda 245 namizəd iştirak edəcək. Namizədlərdən şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməklə oktyabrın 31-də saat 09:00-da Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzinə gəlmələri xahiş olunur.