Nizami rayonunda dostların yeyib-içmək məclisi qanlı başa çatdıbackend

Nizami rayonunda dostların yeyib-içmək məclisi qanlı başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə Qara Qarayev prospekti ev 136-nın qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Əzizov Vasif Tofiq oğlu dostu tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, o, dostları ilə məclisdə yeyib-içdikdən sonra onlar arasında mübahisə yaranıb.

Daha sonra dostu V.Əzizova çoxsaylı bıçaq xəsarəti yetirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.