Gəncədə ağır qəza: iki tələbə öldübackend

Gəncədə ağır qəza: iki tələbə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, şəhərin İsmət Qayıbov küçəsində “VAZ 2106” markalı maşınla “Lada Priora” markalı avtomobilin toqquşması nəticəsində ikinci nəqliyyat vasitəsi ağaca çırpılıb.

Qəza zamanı “Lada”da olan iki nəfər – 2000-ci il təvəllüdlü Bayramlı İkram Arif oğlu və onun yaşıdı Məmmədli Eldar Kərim oğlu ölüb. Bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Vəfat edənlərin tələbə olduğu bildiirilir.

Faktla bağlı araşdırma aparılır.