Gəncədə ağır qəzada ölənlər bu universitetin tələbələri imişbackend

Gəncədə ağır qəzada ölənlər bu universitetin tələbələri imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlər tələbədir.

Oxu.Az-ın məlumatına görə, hər iki tələbə Azərbaycan Dövlət Aqrar Univeristetində təhsil alıblar. 

Onlar ADAU-nin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin baytarlıq ixtisası üzrə III kurs tələbələri – Məmmədli Eldar Kərim oğlu, Bayramlı İkram Arif oğludur.

Qeyd edək ki, ötən gecə Gəncə şəhərinin İsmət Qayıbov küçəsində “VAZ 2106” markalı maşınla “Lada Priora” markalı avtomobilin toqquşması nəticəsində ikinci nəqliyyat vasitəsi ağaca çırpılıb.

Qəza zamanı iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263-1.4-ci (nəqliyyatda ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.