Azərbaycanda mobil operatorlar 9 ayda 650 milyon manatdan çox gəlir əldə edibbackend

Azərbaycanda mobil operatorlar 9 ayda 650 milyon manatdan çox gəlir əldə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 580,3 milyon manatlıq xidmət göstərib.

İnterpress.az-ın məlumatına görə, göstərilən xidmətin 72,6 faizi əhali tərəfindən istehlak olunub.

2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,4 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 83,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,7 faizi və ya 658,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.