Nə? Harada? Nə zaman? Oyunu üzrə II Regionlar Kubokunun seçim turları keçirilibbackend

Nə? Harada? Nə zaman? Oyunu üzrə II Regionlar Kubokunun seçim turları keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu regionlarda yerləşən Təhsil şöbələri,Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı
ilə İmaməddin Nəsiminin 650 illiyinə həsr edilmiş region gəncləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “II Regionlar Kuboku”nun seçim
turları keçirilib.

Təşkilatın mətbuat xidmətindən verilən məlumatına görə, Layihə ümumilikdə 5 zonada seçim turu təşkil edilmişdir. Seçim turlarında 100-ə yaxın komandanın
regionun ən güclü komandası adı uğrunda mübarizəyə qatıldılar. Layihə yalnız 17-29 yaş arasında gənclər mübarizəyə qatılacaqlar. Layihənin konseptinə uyğun olaraq
ardıcıl olaraq seçim turlarında ən yaxşı nətəcə göstərən komandalar finala vəsiqə əldə
etdilər.

\”Nə? Harada? Nə zaman?” oyunu üzrə II Regionlar Kubokununun keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının
təmin olunması, region gənclərinin intellektual potensialının artırılması, potensiallı gənclərin üzə çıxarılması, region gənclərinin intellektə situmullaşdırılması eləcə də
intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır. Seçim turları 25-27 oktyabrın tarixində ardıcıl olaraq Şamaxı, İsmayıllı, Qəbələ,
Tərtər və Mingəçevir gəncləri arasında baş tutub. Komandalar Azərbaycanın tarixini, mətəniyyətini, turizimini və ümumilikdə dünya görüşünə əsaslanan müxtəlif suallara
cavab verərək xalları öz hesablarına yazdırmağı bacarıblar. Nəticədə, gərgin keçən seçim turlarında ən yaxşı nəticə göstərən komandalar noyabrda Şəki şəhərində
keçiriləcək final oyununa vəsiqə qazanıblar.

\”Nə? Harada? Nə zaman?” oyunu üzrə II Regionlar Kubokununun finalında seçim turunda uğurlu nəticə qazanan komandalar ilə yanaşı digər regionlardan olan çox saylı
komandaların da iştirakı nəzərdə tutulub. Ümumilikdə kubokun final mərhələsində 25-dən artıq komandanın mübarizə aparacağı planlaşdırılıb. Qalib komandalar layihənin
dəstəkçilərindən və təşkilat komitəsi tərəfindən dəyərli hədiyyələr, kubok və medallar ilə mükafatlandırılacaqlar.
Layihə ilə bağlı ətraflı məlumat təşkilatın facebook səhifəsindən (fb.com/iiok.az) əldə
edə bilərsiniz.