Fədayə Laçının azadlıqda ilk – FOTOSUbackend

Fədayə Laçının azadlıqda ilk – FOTOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir.

Report xəbər verir ki, bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək:

“Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm”.

Daha sonra F.Laçın jurnalistlər üçün “Şirin anlar” mahnısını ifa edib.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.

Fədayə Laçının azadlıqda ilk - FOTOSU