Müdafiə nazirlərinin Bakı görüşünün gündəliyi açıqlandıbackend

Müdafiə nazirlərinin Bakı görüşünün gündəliyi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda oktyabrın 30-da keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının iclasının gündəliyi açıqlanıb.

İnterpress.az-ın xəbərinə görə, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilib.

Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarının layihələrini, radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə sistemin hazırlanmasını müzakirə edəcəklər.

İclasda “Beynəlxalq Ordu Oyunları – 2019”un nəticələri də müzakirə olunacaq. MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, beynəlxalq innovativ elmi ideyalar festivalının keçirilməsi, həmçinin, İkinci Dünya müharibəsindəki Qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçiriləcək.

Bundan əlavə, MDB ölkələrinin ortaq hava hücumundan müdafiə sisteminin 2020-ci ildə həyata keçirəcəyi birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq.

İclasda hərbi-humanitar mütəxəssislərin hazırlanması və çoxtərəfli hərbi əməkdaşlığın birgə tədbirlərinə informasiya dəstəyinin təşkili sahəsində fəaliyyətlərinin müzakirə edilməsi planlaşdırılır.

MDB ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələri müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq.

İclasda bir sıra maliyyə, kadr və təşkilati məsələlərə də baxılacaq.