Qaret Beyl Çin klubundan təklif alıbbackend

Qaret Beyl Çin klubundan təklif alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Qaret Beyl növbəti dəfə Çindən təklif alıb.

İnterpress.az  “Marca”ya istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin xidmətində “Şanxay Şenxua” maraqlıdır.

Razılıq əldə olunsa, uelsli oyunçu qış fasiləsində iş yerini dəyişə bilər. Beyl yayda Çinin “Tszyansu Sunin” klubuna illik 22 milyon avro maaş qarşılığında keçməyə yaxın olsa da, son anda sövdələşmə baş tutmayıb.

“Real Madrid” Beyli 2013-cü ilin yayında İngiltərənin “Tottenhem” klubundan həmin dövr üçün rekord məbləğ sayılan 100 milyon avroya alıb. O, cari mövsümdə İspaniya təmsilçisinin heyətində iştirak etdiyi 7 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Qeyd edək ki, Qaret Beylin kapitanı olduğu Uels yığması noybarın 16-da AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq.