Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 20 polis ölüb, 5-i yaralanıbbackend

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 20 polis ölüb, 5-i yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın şimalında yerləşən Cüzcan əyalətinin Akça rayonunda “Taliban” silahlılarının təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 21 nəfər ölüb, 5 nəfər yaralanıb.

İnterpress.az “CNNTurk”ə istinadən xəbər verir ki, bunu rayonun icra başçısı Qulam Sahi Sübhani bildirib.

Onun sözlərinə görə, ölənlərdən 20-si polis əməkdaşı, 1-i isə mülki şəxsdir. Hücum nəticəsində 5 polis əməkdaşı yaralanıb.

“Taliban” isə hadisə nəticəsində 27 hərbçini öldürdüklərini iddia edib.