Qəbələdə minik maşını ağaca çırpılıb, 2 nəfər ölübbackend

Qəbələdə minik maşını ağaca çırpılıb, 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə baş verən yol qəzasında ölən şəxslərin kimliyi müəyyənləşib.

İnterpress.az-ın məlumatına görə, gecə 01:30 radələrində rayonun Mirzəbəyli kəndində, kənd sakini, 1988-ci il təvəllüdlü Hidayət Abdullayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və onun sərnişini, 1996-cı il təvəllüdlü Sərxan Abdullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanılıb.