Avropa çempionatı: Kişi şahmatçılarımız Almaniyaya, qadın millimiz liderə qarşıbackend

Avropa çempionatı: Kişi şahmatçılarımız Almaniyaya, qadın millimiz liderə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat komandaları üzrə Avropa çempionatı bir günlük fasilədən sonra bu gün qaldığı yerdən davam edəcək.

İnterpress.az xəbər verir ki, hazırda yeddi xalla VI sırada olan kişi millimiz bu gün çempionatın reytinqinə görə IX komandası olan Almaniya ilə qarşılaşacaq.

Hazırda səkkiz xalla IV sırada olan almanlar ilk beş turda məğlub olmayan dörd komandadan biridir. Digər üç komanda Ukrayna, Rusiya və İsraildir. Çempionatda hələ birinci lövhədə qələbə qazanmamış komandamızın lideri Şəhriyar Məmmədyarov bu gün qara fiqurlarla Liviu-Diter Nisipyanu ilə oynayacaq.

Səkkiz xalla turnir cədvəlinin III sırasında qərarlaşmış qadın millimiz isə bu gün ən ciddi sınağına çıxır. Komandamız keçirdiyi bütün görüşdə qələbə qazanmış, turnir cədvəlinin və qadın şahmatı üzrə reytinqin lideri Rusiya ilə qarşılaşacaq.

Komandamız Avropa çempionatından medalla qayıtmaq istəyirsə, bu çətin görüşdə ən azı heç-heçə etməyə çalışmalıdır.