Bakıda əcnəbi vətəndaş evlərdən oğurluq edibbackend

Bakıda əcnəbi vətəndaş evlərdən oğurluq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda əcnəbi vətəndaş evlərdən oğurluq edib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.