Müdafiə nazirlərinin Bakı toplantısında nələr müzakirə edildi? – TƏFƏRRÜATbackend

Müdafiə nazirlərinin Bakı toplantısında nələr müzakirə edildi? – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası zamanı nazirlər hərbi əməkdaşlığın inkişafına dair vəziyyəti analiz edib. Gələn il yaxın perspektivdə keçiriləcək birgə tədbirləri müəyyənləşdiriblər.

İnterpress.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirləri Şurasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, iclasda iştirakçılar Suriyada döyüş əməliyyatları zamanı uçan pilotsuz aparatların hücumlarının qarşısının alınması təcrübəsi barədə informasiyanı dinləyiblər:

“MDB-yə üzv ölkələrin ortaq hava hücumundan müdafiə sistemlərinin planlı şəkildə inkişaf etdirilməsi məqsədilə Nazirlər Şurası gələn il üçün birgə tədbirlər planı təsdiqlənib. Həmçinin, ortaq sistemin sonrakı funksionallığı, hava-kosmik müdafiə hədəflərinin həllinə adaptasiyası üçün maliyyə aspektləri razılaşdırılıb.

Gələn il MDB ortaq hava hücumundan müdafiə qoşunlarının birgə kompüter komanda-qərargah təlimləri (Regional təhlükəsizlik-2020) keçiriləcək”.

Məlumata əsasən, Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarının layihələrini, radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə sistemin hazırlanmasını müzakirə ediblər.

İclasda “Beynəlxalq Ordu Oyunları – 2019”un nəticələri də müzakirə olunub. MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, beynəlxalq innovativ elmi ideyalar festivalının keçirilməsi, həmçinin, İkinci Dünya Müharibəsindəki Qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçirilib.

“MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclası zamanı qəbul olunan qərarlar MDB formatında çoxtərəfli əməkdaşlıq sisteminin təkmilləşdirilməsinə yönəlib və hərbi sahədə qarşılıqlı, səmərəli tərəfdaşlıq əlaqələrinin inkişafına töhfə verəcək” , – deyə məlumatda vurğulanıb