Avropa çempionatı: Qadın millimiz Rusiyanın seriyasını qırdı, kişilər Almaniyaya məğlub oldu – YENİLƏNİBbackend

Avropa çempionatı: Qadın millimiz Rusiyanın seriyasını qırdı, kişilər Almaniyaya məğlub oldu – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat komandaları üzrə Avropa çempionatı bir günlük fasilədən sonra bu gün qaldığı yerdən davam edib.

İnterpress.az xəbər verir ki, bu tura qədər yeddi xalla VI sırada olan kişi millimiz bu gün çempionatın reytinqinə görə IX komandası olan Almaniya ilə qarşılaşıb.

Çempionatda hələ birinci lövhədə qələbə qazanmamış komandamızın lideri Şəhriyar Məmmədyarov bu gün qara fiqurlarla Liviu-Diter Nisipyanu ilə heç-heçə edib.

Rauf Məmmədovun uduzduğu görüşdə Arkadi Naydiç və Qədir Hüseynov da bərabərliyə razılaşıblar.

Ümumi hesabda Almaniya üstün olub – 2.5:1.5.

Səkkiz xalla turnir cədvəlinin III sırasında qərarlaşmış qadın millimiz isə bu gün ən ciddi sınağına çıxıb. Komandamız keçirdiyi bütün görüşdə qələbə qazanmış, turnir cədvəlinin və qadın şahmatı üzrə reytinqin lideri Rusiya ilə qarşılaşıb.

Bütün şahmatçılarımız, nəticə etibarilə komandamız oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Qeyd edək ki, 6 turdan sonra aktivində 7 xal olan kişi millimiz 12-ci, 9 xallı qadın millimiz isə 3-cü pillədə qərarlaşıb.

15:26

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında VI turun qarşılaşmaları başlayıb.

İnterpress.az-ın məlumatına görə, kişilərdən ibarət Azərbaycan yığması bu turda Almaniya ilə, qadınlar isə Rusiya ilə üz-üzə gəlir.

Kişilər

Almaniya – Azərbaycan

Liviu-Diter Nisipyanu – Şəhriyar Məmmədyarov

Matias Blyuebaum – Arkadi Naydiç

Daniel Fridman – Rauf Məmmədov

Qeorq Meyer – Qədir Hüseynov

Qadınlar

Azərbaycan – Rusiya

Günay Məmmədzadə – Aleksandr Qoryaçkin

Ülviyyə Fətəliyeva – Katerina Laqno

Gülnar Məmmədova – Olqa Qirya

Türkan Məmmədyarova – Valentina Qunina

Qeyd edək ki, 5 turdan sonra kişilərdən ibarət komanda 7 xalla 5 – 8-ci, qadınlardan ibarət yığma isə 8 xalla 2 – 4-cü yerləri bölüşür.