BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab veribbackend

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

İnterpress.az-ın xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, \”Neftçi İdman Klubu\”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Xatırladaq ki, Milli Şura BŞİH-ə müraciətində noyabrın 2-də mitinq keçirilməsi üçün Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunu (keçmiş \”Məhsul\” stadionu) və ya Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığını istəmişdi.