Latviyanın süd məhsulları istehsalçıları Azərbaycan bazarına çıxmaq istəyirbackend

Latviyanın süd məhsulları istehsalçıları Azərbaycan bazarına çıxmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda Latviyanın süd məhsulları istehsalçıları təqdimatla çıxış edib.

İnterpress.az xəbər verir ki, tədbir Latviyanın Azərbaycandakı səfiri Danis Qarançisin iştirakı ilə başa tutub.

Səfir bildirib ki, ölkəsindən Bakıya 6 şirkətin təmsilçisi gəlib və məqsəd Azərbaycanın süd məhsulları bazarının imkanlarını araşdırmaq, bu bazara çıxmaqdır.

“Tədbir çərçivəsində seminarın da keçirilməsi nəzərdə tutulur. Ümid edirik ki, Latviya məhsullarını azərbaycanlı istehlakçılar bəyənəcək”, – deyə o, qeyd edib.