İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıbbackend

İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) birgə təsis etdikləri “Globe Soccer Awards-2019”a namizədlərin siyahısı açıqlanıb.

İnterpress.az-ın məlumatına görə, 4 nominasiyada iddiaçılar bəlli olub. 

Ən yaxşı futbolçu adına Kriştianu Ronaldo (Portuqaliya, “Yuventus”), Lionel Messi (Argentina, “Barselona”), Bernardu Silva (Portuqaliya, “Mançester Siti”), Məhəmməd Salah (Misir, “Liverpul”), Alisson Bekker (Braziliya, “Liverpul”), Sadio Mane (Seneqal, “Liverpul”), Vircil van Deyk (Hollandiya, “Liverpul”) iddia edir.

Ən yaxşı klub adına iddiaçılar “Liverpul” (İngiltərə), “Ayaks” (Hollandiya) və qadınlardan ibarət “Lion” (Fransa) komandalarıdır.

İlin ən yaxşı məşqçisi olmağa Yurgen Klopp (“Liverpul”), Fernandu Santuş (Portuqaliya), Erik Ten Haq (“Ayaks”), Camel Belmadi (Əlcəzair), Massimiliano Alleqri (“Yuventus”) namizəddir.

İlin kəşfi nominasiyasında
Ansu Fati (“Barselona”), Erlinq Holland (“Zalsburq”), Ceydon Sanço (“Borussiya” D), Joao Feliş (“Atletiko”) və Kayl Havertsın (“Bayer”) namizədliyi irəli sürülüb.

Qeyd edək ki, ən yaxşıların mükafatlandırılması mərasimi dekabrın 29-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək.