Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İranda baş vermiş iki yol qəzasında 12 nəfər ölüb

İranın İranşəhr şəhərində baş vermiş iki yol qəzasında ümumilikdə 12 nəfər ölüb.

Dərc edilib: 31 oktyabr 2019 [12:41]
Baxış sayı: 1843

İranın İranşəhr şəhərində baş vermiş iki yol qəzasında ümumilikdə 12 nəfər ölüb.

İnterpress.az-ın  xəbərinə görə, Nikşəhr - İranşəhr magistral yolunda yanacaq daşıyan maşınla “Peugout” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Həmin magistral yolda növbəti qəza baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201