Ağstafada iki nəfər güllələndibackend

Ağstafada iki nəfər güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Kənd sakinləri – 1968-ci il təvəllüdlü Məmmədov Qabil Ələsgər oğlu və 1959-cu il təvəllüdlü Əlləcov Yusif Əsgər oğlu güllə yarası alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.