Azərbaycanda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 48% artıbbackend

Azərbaycanda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 48% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin oktyabrın 1-nə Azərbaycanda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 1,911 mlrd. manat təşkil edib ki, bu göstərici son bir ayda 0,4% artıb.

İnterpress.az-ın Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi ilin əvvəlindən 4,1%, son bir ildə isə 35,4% artıb.

Cari ilin oktyabrım 1-nə debet və kredit kartları ilə 14,141 mln. əməliyyat aparılıb. Bu göstərici son bir ay ərzində 3,4%, ilin əvvəli ilə müqayisədə 21%, son bir ildə isə 48% artıb.

Ümumiyyətlə, oktyabrın 1-nə ölkədə 7,267 mln. ədəd ödəniş kartı olub ki, bu da illik müqayisədə 14,3% çoxdur.