MSK bələdiyyə seçkilərində iştirak edəcək 2896 nəfərin namizədliyini təsdiqləyibbackend

MSK bələdiyyə seçkilərində iştirak edəcək 2896 nəfərin namizədliyini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

İnterpress.az-ın  xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, müraciət edən namizədlərdən 2896-sı təsdiq olunub, digər namizədlərin isə müraciətlərinə qanunauyğun şəkildə MSK-da baxılır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.