Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Çavuşoğlu Sumqayıtda “Ziraat Bank Azərbaycan”ın dördüncü filialını açdı - FOTO

“Ziraat Bank Azərbaycan” ASC 25 oktyabr tarixində dördüncü filialının açılışını Sumqayıt şəhərində həyata keçirilib.

Dərc edilib: 31 oktyabr 2019 [17:40]
Baxış sayı: 4209

“Ziraat Bank Azərbaycan” ASC 25 oktyabr tarixində dördüncü filialının açılışını Sumqayıt şəhərində həyata keçirilib.

Açılışda Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral, “Ziraat Bank” Türkiyə İdarə Heyəti Üzvü Fevzi Çutur, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Demirci, Şimali Kiprin Azərbaycandakı səfiri Ufuk Turqanər, azərbaycanlı iş adamları və Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları da iştirak ediblər.

Türkiyənin Xarici İşlər naziri Cənab Mövlud Çavuşoğlu açılışda filialı gəzərək işçilərlə söhbət edərək, “Ziraat Bank” Azərbaycanın “Bankkart” məhsulunu bankın sədri Avni Demircidən qəbul edib.


“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Sədri Avni Demirci çıxışında dörd il öncə qurulan Ziraat Bankın 4-cü filialının istehsal və sənayə bölgəsi olan Sumqayıt şəhərində açılmasına diqqət çəkib və Azərbaycanda istehsalatın inkişafına yönəlik addımlarına dəstək olmaq məqsədi ilə buranı seçdiyini qeyd edib:

“Ziraat Bank Azərbaycan” ASC olaraq ilk məqsədimiz Azərbaycan və Türkiyə arasında ticarətin inkişaf etdirilməsidir və iqtisadiyyatın dinamik olduğu yerlərdə filiallarımızın sayını artırmağa davam edəcəyik”.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201