Avropa çempionatı: Azərbaycan yığmalarının Ermənistan və Fransa ilə görüşləri start götürüb – YENİLƏNİRbackend

Avropa çempionatı: Azərbaycan yığmalarının Ermənistan və Fransa ilə görüşləri start götürüb – YENİLƏNİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatında VIII turun görüşlərinə start verilib. 

İnterpress.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla, qadın millisi Fransa ilə qarşılaşır.  

12:10

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat komandaları arasında Avropa çempionatı sona yaxınlaşır.

İnterpress.az xəbər verir ki, millimiz bu gün reytinqinə görə Avropanın 5-ci komandası olan Ermənistanla qarşılaşacaq.

Millimiz yenə Avropa çempionatından medalla qayıtmaq istəyirsə, bu görüşdə mütləq şəkildə qalib gəlməlidir. Artıq bu görüşün heyəti açıqlanıb.

Keçirdiyi yeddi görüşdə heç-heçələri sıralayan Şəhriyar Məmmədyarov bu gün ağ fiqurlarla Levon Aronyanla qarşılaşacaq. Arkadi Naydiç qara fiqurlarla Qabriel Sarqissyanla görüşəcək. Qədir Hüseynov ağ fiqurlarla Qrant Melkumyanla, Eltac Səfərli qaralarla Arman Paşikyanla oynayacaq.

Xatırladaq ki, medal şansları yüksək olan qadın millimiz isə bu gün həm reytinqinə, həm də turnir cədvəlindəki yerinə görə 6-cı olan Fransa ilə qarşılaşacaq.

09:59

Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək.

İnterpress.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşacaq. Qadın millisi isə Fransa ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

7 turdan sonra xal durumu belədir:

Kişilər: 1. Rusiya – 12, 2 – 4. Ukrayna, İngiltərə, Almaniya – 11, 5. Sloveniya – 10, 6 – 8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya – 9 xal.

Qadınlar: 1. Rusiya – 13, 2. Gürcüstan – 11, 3 – 5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan – 10, 6 – 8. Fransa, İtaliya, Türkiyə – 9 xal.