Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 6-sı yaralanıbbackend

Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 6-sı yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada törədilən terror aktı nəticisində Türkiyə ordusunun 1 hərbçisi şəhid olub, 6-sı yaralanıb.

İnterpress.az  NTV telekanalın istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun birlikdə həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı zonasında baş verib. Terrorçular yol düzdüləri əldəqayrıma partlayıcıları partladıblar.

Şəhid olan 30 yaşlı gizir İsmail Sarıcan Türkiyənin Hatay bölgəsinin sakinidir. O, baytarlıq sahəsi üzrə mütəxəssis olub.

Yaralı hərbçilər hospitala yerləşdirilib.