Bakıda peşə liseyinin yanında 17 yaşlı gənc bıçaqlanıbbackend

Bakıda peşə liseyinin yanında 17 yaşlı gənc bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 17 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb.

İnterpress.az xəbərinə görə, hadisə oktyabrın 31-də paytaxtın Binəqədi rayon, Dərnəgül qəsəbəsi, 9 saylı peşə liseyinin yanında baş verib.

Belə ki, Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü İlkin Əlyarov istintaqa məlum olmayan şəxslə aralarında yaranan mübahisə zəmində qarın nahiyəsindən bıçaqlanıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.