Putinin yeni raketinin qarşısını almaq olmur – Fransanı məhv edə bilərbackend

Putinin yeni raketinin qarşısını almaq olmur – Fransanı məhv edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstənilən hava hücumundan müdafiə sistemini dəf edə bilən yeni bir qitələrarası ballistik raketin sınaqları keçiriləcək. Söhbət dünyada analoqu olmayan “Sarmat” qitələrarası ballistik raketdən gedir.

İnterpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, Moskvadakı mənbələr “Sarmat”ın ilk genişmiqyaslı sınaqlarının 2020-ci ilin yanvar ayında keçiriləcəyini bildirir.

V.Putin ötən il Federal Məclisdə çıxışı zamanı termonüvə başlığı daşıya bilən 208 tonluq raketdən bəhs etmişdi.

“Sarmat” çox nəhəng silahdır. Heç bir raketdən müdafiə sistemi bu silaha mane ola bilməz”, – deyə Rusiya lideri bildirmişdi.

Bu ilin oktyabrın 30-da Rusiya Müdafiə Nazirliyi və hərbi sənaye ilə əlaqəli mənbə “Vedomosti” nəşrinə deyib ki, “RS-28 Sarmat” ballistik raketi ölkənin qərbindəki Pleseteks kosmodromundan buraxılacaq və 5.8 min kilometr uçduqdan sonra Kamçatkadakı poliqonda enəcək.

Bundan sonra Krasnoyarsk ərazisindən ən azı dörd atışın həyata keçirilməsi planlaşdırılır.

“Tələb olunan parametrlərə uyğun olaraq bu raket sistemi 2021-ci ildə istifadəyə veriləcək”, – mənbə deyib.

“RS-28” “P-36”nı əvəz etməlidir. “Sarmat” NATO şifrələməsində “Şeytan raketi” adlandırılır. Uçuş məsafəsi 18 min kilometr olan “Sarmat” raketi 16-ya qədər döyüş başlığı daşıya bilər.

Hərbi nəşrlərdə yazılır ki, “Sarmat” Texas ştatı və Fransa ərazisində hər şeyi məhv edə biləcək döyüş başlığı daşımaq qabiliyyətinə malikdir.

Bəzi məlumatlara görə, “Sarmat”ın inkişaf proseslərini Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun müşavirləri gündəlik olaraq izləyir.

“Sarmat” raketlərindən “Avanqard” hipersəsli sistemlərinin daşıyıcısı kimi istifadə oluna biləcəyi də gözlənilir.

“Sarmat” “Avanqard”ı təxminən 30-36 kilometr yüksəkliyə qaldırıb oradan buraxa bilər.

“Avanqard” hipersəsli raketi daim manevr edərək hədəfə doğru uçur. Rusiyanın hücum raketləri sistemlərini təkmilləşdirməsi Qərb qarşısında yeni çağırış və hədəflər müəyyənləşdirir.

Belə ki, Qərb özünün hava hücumundan müdafiə sistemləri ilə bağlı strategiyasını yenidən nəzərdən keçirməyə məcburdur.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Duqlas Barri hesab edir ki, “Sarmat”dan həm nüvə başlığı, həm də hipersəsli raket buraxılsa, Qərbin raketdən müdafiə sistemləri su altında qala bilər.