Bakıda 12 yaşlı oğlan evdən oğurluq etdi, anası onu polisə verdibackend

Bakıda 12 yaşlı oğlan evdən oğurluq etdi, anası onu polisə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ana evdən oğurluq etdiyinə görə 12 yaşlı oğlunu polisə şikayət edib.

Bununla bağlı Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 31-də, Rəsul Rza küçəsi dalan 2, ev 2-də yaşayan 1967-ci il təvəllüdlü B.Q. ərizə ilə polis idarəsinə müraciət edib.

Qadının sözlərinə görə, oktyabrın 27-də saat 12:00 radələrində 12 yaşlı oğlu üç dostu ilə birlikdə yataq otağında olan dolabdab qıfılı sındırmaqla 100 manat pulunu oğurlayıblar.