Azərbaycanda ov günlərinin sayı artırılıbbackend

Azərbaycanda ov günlərinin sayı artırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ov günlərinin sayının artırılması ilə bağlı vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyində fəaliyyət göstərən “Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurası”nın iclası keçirilib.

İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə Nazirliyin departament direktoru Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ov fəaliyyətinə nəzarətin təşkili, heyvanat aləmi obyektlərindən istifadənin tənzimlənməsi, onların sabitliyinin bərpası məqsədilə ov günləri həftənin şənbə və bazar günləri kimi müəyyən edilmişdir. Lakin son günlər vətəndaşlardan daxil olan müraciətlər nəzərə alınaraq onların istirahət imkanlarının genişləndirilməsi məqsədilə həftənin şənbə və bazar günlərindən əlavə, cümə gününün də ov günlərinə aid edilməsi ilə bağlı iclasda qərar qəbul olunub və rəsmiləşdirilib.