Bakıda toyda mübahisə qanla bitdi: yaralılar varbackend

Bakıda toyda mübahisə qanla bitdi: yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

“Bənövşə” şadlıq sarayında keçirilən toy məclisində yaranan mübahisə zamanı iki nəfər – 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elçin Qadir oğlu bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.