Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Teymur Rəcəbov Dünya Kubokunu qazanıb reytinqdə irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Dərc edilib: 1 noyabr 2019 [23:21]
Baxış sayı: 1734

Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

İnterpress.az xəbər verir ki, kişi şahmatçılarımız 100 qrossmeysterin yer aldığı reytinqdə irəliləyib.

Şəhriyar Məmmədyarov 2772 xalla 8-ci sıradadır. Dünya Kubokunu qazanmış Teymur Rəcəbov isə 15-ci yerdən 9-cu pilləyə yüksəlib. Teymuru Şəhriyardan beş xallıq fərq ayırır.

100-lükdə digər iki şahmatçımız Qədir Hüseynovla Nicat Abbasovdur. Qədir (2660) 83-cü, “Grand Swiss” turnirində yaxşı çıxış etmiş Nicat Abbasov (2655) isə 100-lüyə daxil olaraq 93-cü olub.

Qadınlardan da dörd şahmatçı Top-100-də yer alıb.

Reytinqdə ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2427 xalla 38-ci sıradadır.

Gülnar Məmmədova (2369) 97-ci, Xanım Balacayevə (2368) 98-ci, Ülviyyə Fətəliyeva (2368) isə 99-cu pillədədir.

Gənc oğlanlarda Azərbaycandan yalnız Vüqar Əsədli var. 18 yaşlı şahmatçımız 2513 xalla 64-cüdür.

19 yaşlı Günay Məmmədzadə və 18 yaşlı Xanım Balacayeva həm də gənclərin reytinqində yer alır. Günay 2427 xalla 4-cü, Xanım 2368 xalla 14-cü yerdədir.

Bundan başqa, Nərmin Məmmədova (2282) 43-cü, Gövhər Beydullayeva (2276) 47-ci və Aydan Höccətova (2238) 72-cidir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201