Qadın şahmat millimiz erməniləri məğlub edib Avropa çempionatının medalını qazandı – YENİLƏNİBbackend

Qadın şahmat millimiz erməniləri məğlub edib Avropa çempionatının medalını qazandı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə milli komandalar arasında Avropa çempionatında qadın yığmamız bürünc medal qazanıb.

İnterpress.az xəbər verir ki, millimiz sonuncu turda prinsipial görüşdə Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edib.

Günay Məmmədzadə qələbə qazanıb. Digər üç şahmatçımız isə heç-heçə edib. Bu nəticə ilə komandamız 13 xal qazanıb və 27 il sonra Avropa çempionatının bürünc medalını qazanıb. Rusiya Avropa çempionu olub, meydan sahibi Gürcüstan isə qitə birinciliyinin gümüş medalına yiyələnib.

Kişilərin yarışında isə millimiz Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib.

10:38

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son turu üçün heyətləri açıqlanıb.

İnterpress.az-ın məlumatına görə, qadınların yarışında birinci lövhədə Günay Məmmədzadə Ermənistan təmsilçisi Lilit Mkrtçyanla, kişilərin mübarizəsində isə Arkadi Naydiç Sloveniya yığmasından Luka Leniçlə üz-üzə gələcək. Bu tur Şəhriyar Məmmədyarov və onun bacısı Türkan Məmmədyarova istirahət edəcək.

Avropa çempionatı, IX tur

Kişilər

Sloveniya – Azərbaycan

Luka Leniç – Arkadi Naydiç

Matey Sebenik – Rauf Məmmədov

Yure Skoberne – Qədir Hüseynov

Yan Sudel – Eltac Səfərli

Azərbaycan – Ermənistan

Günay Məmmədzadə – Lilit Mkrtçyan

Xanım Balacayeva – Elina Danielyan

Ülviyyə Fətəliyeva – Mariya Gevorqyan

Gülnar Məmmədova – Anna Sarqsyan

Qeyd edək ki, son tura Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.