Daxili orqanında heroin gizlətdi, xəstəxanada ifşa olundubackend

Daxili orqanında heroin gizlətdi, xəstəxanada ifşa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb.

İnterpress.az-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.

Vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən, narkotik vasitə, psixotrop maddələrin olmadığını deyib.

Daha sonra daxili orqanlarında da narkotik vasitə gizlətdiyi ehtimalı yarandığından vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Müayinə zamanı onun daxili orqanı – düz bağırsağında yapışqanlı lentlə sarılan bir ədəd bükümdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 25 qram olan heroin aşkarlanıb.