Moskvadan Bakıya uçan təyyarə təcili eniş etdibackend

Moskvadan Bakıya uçan təyyarə təcili eniş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva-Bakı reysini həyata keçirən təyyarə Rusiyanın paytaxtındakı ehtiyat aerodromda eniş edib.

Ren.tv xəbər verir ki, buna səbəb təyyarənin qabaq şüşəsində yaranmış nasazlıq olub. İnsident noyabrın 1-də baş verib.

Hava gəmisi “Azərbaycan Hava Yolları”na aid olub.

AZAL-dan  məlumatı təsdiqləyiblər. Şirkətdən saytımıza verilən açıqlamada bildirilib ki, insidentdən sonra Bakıdan Moskvaya əlavə təyyarə göndərilib və həmin hava gəmisi sərnişinləri Bakıya çatdırıb.