Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanlı güləşçi dünya çempionatına erməni üzərində qələbə ilə başladı

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Dərc edilib: 2 noyabr 2019 [15:02]
Baxış sayı: 2195

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

İnterpress.az xəbər verir ki, altıncı yarış günündə son dörd yunan-Roma güləşi üzrə idmançımız mübarizəyə qoşulub.

Bunlar Əsgər Əlizadə (-60 kq), Namaz Rüstəmov (-67 kq), Sənan Süleymanov (-72 kq) və Arif Niftullayevdir (-97 kq). Artıq Namaz Rüstəmov ilk görüşünü keçirib. O, təsnifat görüşündə Rusiyanı təmsil edən erməni Alen Mirzoyanla qarşılaşıb. İdmançımız 3:5 hesabı ilə uduzsa da, təkrara baxıldıqdan sonra Namazın iki xal qazandığı görünüb. Nəticədə hakim daha iki xalı idmançımıza verib. Hesab 5:5 olduğundan və belə başa çatdığından, son xal prinsipinə əsasən idmançımız qalib elan edilib.


Qeyd edək ki, bu gün Zaur Əliyev (-55 kq) bürünc medal görüşünə çıxacaq.

Azərbaycanlı güləşçi dünya çempionatına erməni üzərində qələbə ilə başladı






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201