“Bayern” sarsıdıcı məğlubiyyətdən sonra baş məşqçisini istefaya göndərdibackend

“Bayern” sarsıdıcı məğlubiyyətdən sonra baş məşqçisini istefaya göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münxen “Bayern”i baş məşqçı Niko Kovaç ilə yollarını ayırdığını bildirib.

İnterpress.az xəbər verir ki, müqavilə qarşılıqlı anlaşma əsasında ləğv olunub.

“Bayern”in Rəyasət Heyətinin sədri Karl-Haynts Rumeniqe bildirib ki, komandanın son uğursuzluqları klub rəhbərliyini hərəkətə gətirib. Baş məşqçi səlahiyyətlərini müvvəqqəti olaraq Qans Flik icra edəcək. O komandanı Çempionlar Liqasında “Olimpiakos”la oyuna hazırlayacaq.

Qeyd edək ki, noyabrın 2-də “Ayntraxt” münxenliləri darmadağın edib – 5:1. Komanda 10 turdan sonra dördüncü yeri tutur.

Almaniya doğumlu xorvat Niko Kovaç “Bayern”ə ötən ilin yayında gəlib. O, klubu Bundesliqanın qalibi etsə də, Çempionlar Liqasında “Liverpul”a məğlub olaraq mübarizəni dayandırıb.