Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı – FOTObackend

Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün paytaxt ərazisində əsən güclü külək nəticəsində çox sayda ağac aşıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Şöbə rəisi bildirib ki, ağaclardan 15-i kökündən qopub:

“Digərlərinin isə budaqları qırılıb. Ağac aşma hadisələri Nəsimi, Yasamal, Səbail, Nərimanov, Nizami və Binəqədi rayonlarında baş verib”.

Orxan Məmmədov əlavə edib ki, dörd maşının üstünə ağac aşıb:

“Bizdə olan məlumata görə, xəsarət alan olmayıb. Yalnız dörd maşının üstünə ağac düşüb”.

Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı - FOTO

Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı - FOTO

Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı - FOTO

Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı - FOTO