Bu elektrik qatarlarının cədvəli dəyişdirilirbackend

Bu elektrik qatarlarının cədvəli dəyişdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.

Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumata görə, qış mövsümünə keçidlə əlaqədar Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.

Belə ki, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC həmin istiqamətdə qatarların qrafikini yeniləyib. Noyabrın 12-dən etibarən 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı yeni cədvələ uyğun hərəkət edəcək.

Qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.

Bu elektrik qatarlarının cədvəli dəyişdirilir