İranın Kərbəladakı konsulluğuna hücum olub, 5 nəfər ölüb – VİDEObackend

İranın Kərbəladakı konsulluğuna hücum olub, 5 nəfər ölüb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İraqın Kərbəla şəhərindəki konsulluğuna hücum olub.

İnterpress.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bir qrup naməlum şəxs konsulluğun binasına daş atıb, tikanlı məftillərdən ibarət baryeri aşaraq içəri keçməyə cəhd göstərib.

Aksiyanın dağıdılması nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hazırda İraqın təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına alıb. Binanın ətrafında vəziyyət normallaşıb.

Qeyd edək ki, oktyabrın 1-dən İraqda etiraz aksiyaları keçirilir.https://youtube.com/watch?v=hyH-YWEBX8o