İrandan Azərbaycana narkotik keçirən şəxslər saxlanılıbbackend

İrandan Azərbaycana narkotik keçirən şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda İrandan ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşları Məmmədov İbrahim Eldar oğlu və Qurbanov Qulam Əhməd oğluna məxsus əl yükləri rentgen aparatında yoxlanılarkən monitorda şübhəli cizgilər müşahidə olunub.

Komitədən  verilən məlumata görə, nəqliyyat vasitələrinin ehtiyat hissələrindən ibarət olan həmin yük saxlanılıb və təkrar yoxlanılıb.

Yoxlama zamanı 1 ədəd karton qutunun içərisində ehtiyat hissəsinin daxilindəki boşluqdan aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 2500 qram narkotik vasitə-tiryək aşkar edilib.