Vilayət Eyvazovdan yeni – TƏYİNATbackend

Vilayət Eyvazovdan yeni – TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə yeni rəis təyin olunub.

OnlinePress.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, kapitan Məmmədzadə Nəriman Ağahüseyn oğlu bölmə rəisi vəzifəsinə təyin edilib.

Bildirək ki, təyinatdan əvvəl Sarısu Polis Bölməsində rəis vəzifəsini polkovnik-leytenant Elşən Quliyev icra edib.