Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Şəhriyar Məmmədyarov Buxarestdə Aronyana qarşı - Bu dəfə rapid və blitsdə

6-10 noyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” (Böyük Şahmat Turu) seriyası çərçivəsində rapid və blits üzrə “Superbet” yarışı keçiriləcək.

Dərc edilib: 4 noyabr 2019 [20:22]
Baxış sayı: 913

6-10 noyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” (Böyük Şahmat Turu) seriyası çərçivəsində rapid və blits üzrə “Superbet” yarışı keçiriləcək.

İnterpress.az-ın xəbərinə görə, yarışın 10 iştirakçısı olacaq.

Bunlar Fabiano Karuana (ABŞ), Levon Aronyan (Ermənistan), Uesli So (ABŞ), Şəhriyar Məmmədyarov (Azərbaycan), Sergey Karyakin (Rusiya), Aniş Qiri (Niderland), Vişvanatan Anand (Hindistan), Vladislav Artemyev (Rusiya), Le Kuanq Lyem (Vyetnam) və Anton Korobovdur (Ukrayna). Son üç şahmatçı təşkilatçılar tərəfindən verilən “uayldkard” əsasında bu yarışa cəlb olunub.



Rapid üzrə yarışlar doqquz (6-8 noyabr), blits üzrə yarışlar isə 18 tur (9-10 noyabr) oynanılacaq. Yarışın mükafat fondu 150 min dollar olacaq.

Şəhriyar Məmmədyarov 2019-cu ildə keçirilən “Grand Chess Tour”un əvvəlki beş mərhələsindən dördündə iştirak edib. O, Zaqrebdə (klassik) 3, Parisdə (rapid və blits) 3, Seynt Luisdə (rapid və blits) 1 və Sinkfild Kubokunda (klassik) 6,5 xal toplayıb. 22-26 noyabrda Hindistanın Kəlküttə şəhərində rapid və blits üzrə “Tata Steel Chess India” turniri keçiriləcək. Lakin şahmatçımız həmin turnirdə iştirak etməyəcək.

Ona görə də Şəhriyar bu turnirdə daha çox xal toplamağa çalışmalıdır. Əgər o, ilk “dördlüy”ə düşsə, 30 noyabr-10 dekabr tarixlərində Londonda keçiriləcək “Grand Chess Tour”un final mərhələsinə vəsiqə qazanacaq. Ancaq onun ilk “dördlüy”ə düşməsi çətin görünür. Hazırda 13,5 xalı olan qrossmeysterimiz 26 şahmatçı arasında 12-cidir.

Norveçli dünya çempionu Maqnus Karlsen 54,5 xalla birinci, çinli Dinq Liren 37,8 xalla ikinci, fransalı Maksim Vaşye-Laqrav 36,8 xalla üçüncü və ermənistanlı Levon Aronyan 25,5 xalla dördüncüdür. Hazırkı durumda Şəhriyarın qazandığı pul mükafatı 41250 dollardır (pul mükafatının dəqiq məbləği bütün mərhələlər başa çatdıqdan sonra bilinir – S.M.).

Qeyd edək ki, beşinci dəfə keçirilən “Grand Chess Tour”un qalibi iki dəfə Maqnus Karlsen (2015, 2017), hərəyə bir dəfə isə Uesli So (2016) ilə Hikaru Nakamura (2018) olub. Şəhriyar Məmmədyarov bu yarışda üçüncü dəfə iştirak edir. 2017-ci ildə 23 şahmatçı arasında 12-ci olan Şəhriyar Məmmədyarov cəmi bir mərhələdə yarışıb və topladığı altı xalla 12500 dollar qazanıb. Ötən il isə idmançımız bütün dörd mərhələdə iştirak edib və 13 şahmatçı arasında yeddinci yeri tutub. 25 xal toplamış Məmmədyarov 65 min dollara yiyələnib.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov bu yarışdan dərhal sonra Monteneqronun Ultsin şəhərində keçiriləcək klublararası Avropa Kuboku yarışına qatılacaq.

Şəhriyar Məmmədyarov Buxarestdə Aronyana qarşı - Bu dəfə rapid və blitsdə






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201